Hazırkı Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə Sığortaçı, Sığortalının ödədiyi müvafiq sığorta haqqı müqabilində, sığorta müqaviləsi ilə şərtləşdirilmiş sığorta hadisəsinin baş verməsi ilə əlaqədar Sığorta olunan şəxsə tələb olunan tibbi xidmətin göstərilməsini sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq təşkil etmək və bununla bağlı yaranan xərclərin əvəzini, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən (limit və sub-limitlərdən) çox olmaması şərtilə, ödəmək öhdəliyini öz üzərinə götürür.